Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş "Vətəndaş qeyrətli ədəbiyyat nəhəngi" adlı ədəbi-bədii musiqili tədbir keçirilib.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva dərs dediyi VII-X sinif şagirdləri ilə BŞTİ-nin "Dilimizi qoruyaq!" şüarı altında xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçirib. "Vətəndaş qeyrətli ədəbiyyat nəhəngi" adlı tədbirdə ana dilimizin keşiyində mərdanə dayanan şairin şeirləri səsləndirilib, sazda "Salamat qal", xorun ifasında "Bu diyar" mahnıları ifa olunub. "Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirdə ulu öndərin şairə olan diqqət və qayğısından söz açılıb, tədbirin bədii hissəsi onun çox sevdiyi "Dünya sənin, dünya mənim, dünya heç kimin..." mahnısı ilə və Kəmalə müəllimin dünyanın onun gözəlliklərini görən, duyan və dəyərləndirənlərin olması haqqında sözləri ilə başa çatıb. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək sənətə və sənətkara hörmət və məhəbbət aşılayan bu tədbirə görə Kəmalə müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi