Almas İldırırmın 110 illik yubileyi

06.02.2017 tarixində məktəbimizdə mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Almas İldırırmın 110 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirildi. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın VII-X sinif şagirdləri ilə birlikdə hazırladığı tədbirdə böyük şairin məşəqqətli həyat yolu, vətən məhəbbətindən yoğrulmuş yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında geniş məlumat verildi. Şagirdlərin ifasında şairin “Əsir Azərbaycanım”, “A dağlar”, “Əlvida”, “Qərbə”, “Durnalar”, “Dağlar” şeirləri səslənmişdir. Tədbirin sonunda Güney Azərbaycandan olan bir ozanın ifasında şairin “Əsir Azərbaycanım” şeirinə bəstələnmiş mahnını ayaq üstə dinləməklə tədbir iştirakçıları Almas İldırımın və onun simasında Vətən, millət yolunda hər cür fədakarlığa hazır olan bütün vətənpərvər insanların ruhlarına ehtiramlarını nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi