BŞTİ-nin "Dilimizi qoruyaq!" şüarı altında "Mənim Vətənim" adlı inşa müsabiqəsi keçirilib.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva dərs dediyi 7b və 7d sinif şagirdləri arasında BŞTİ-nin "Dilimizi qoruyaq!" şüarı altında "Mənim Vətənim" mövzusunda inşa müsabiqəsi keçirib. Şagirdlər öz yazılarında vətənimiz Azərbaycanın təbiəti, böyük tarixi və şanlı bugünü, qəhrəmanları, ədəbiyyat və mədəniyyəti barədə qürurla söz açıb, azərbaycanlı olmaqları ilə fəxr etdiklərini xüsusi vurğulayıbar. Qaliblər müəllim tərəfindən fəxri fərmanla təltif olunublar. 

I yer - Əmkişiyev Fateh 7b

II yer - İbrahimli Xədicə 7b

III yer - Bədəlzadə Nuray 7d

Fərqləndiyinə görə

Rəşidli Aysu 7b

Şamxalova Fatimə 7b

Həmidzadə Nuray 7b

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi