Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümü

31 yanvar Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi.01.02.2017 tarixində məktəbimizdə istiqlalımızın bayraqdarı olan M.Ə.Rəsulzadənin anadan olmasının 133-cü ildönümü münasibətilə anım tədbiri keçirildi. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva VA sinif şagirdləri ilə birlikdə hazırladığı bu kiçik tədbirdə M.Ə.Rəsulzadə görkəmli dövlət xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri kimi xatırlandı. Çıxış edənlər: tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva və məktəb kitabxanasının müdiri Dilavər Adilova XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilmiş "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsinin müəllifi olan M.Ə.Rəsulzadəni əsl vətənpərvər insan kimi şagirdlərə örnək göstərdilər. Şagirdlər Əhməd Cavadın və Cəfər Cabbarlının üçrəngli bayrağımıza həsr olunmuş şeirlərini əzbər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi