Ekoloji aylıqlar

“Ekoloji aylıqlar“ çərçivəsində yanvar ayı üçün hazırlanmış tədbirlər planına əsasən məktəbin biologiya müəllimi Pərvanə Piriyeva sinif rəhbəri olduğu Xb sinfinin şagirdləri ilə “ İqtisadiyyat və ekologiya” mövzusunda “dəyirmi masa” təşkil etmişdir. Şagirdlər müasir dövrün qlobal ekoloji problemləri və onların aradan qaldırılması yolları haqqında elmi biliklərini nümayiş etdirdilər.Tədbirdə vurğulandı ki, təbii resurslardan səmərəli istifadə etməklə ətraf mühitin yaxşılaşdırılması, atmosferin qorunması, tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsi müasir dövrdə hər birimizin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi