"Bədii qiraət" dərnəyinin ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi məşğələsi

"Bədii qiraət" dərnəyinin bugünkü məşğələsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olundu. Dərnəyin rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva ədəbiyyatımızda Heydər Əliyevin parlaq obrazı yaradılmış əsərlər haqqında qısa məlumat verdi, dərnək üzvləri bu əsərlərdən nümunələr ifa etdilər. Sonra məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova uşaqlarla səmimi söhbət etdi, bu məşğələnin onu uşaqlıq illərinə aparması, mütaliənin hər bir insanın həyatında olduğu kimi, onun həyatında da önəmli rola malik olması haqqında danışdı, uşaqlara daim oxumağı, bununla da dünyagörüşlərini genişləndirməyi , lüğət ehtiyatlarını artırmağı, nitq qabiliyyətlərini inkişaf etdirməyi məsləhət gördü. Sonda Zülfiyyə müəllim dərnək üzvlərinin xahişi ilə onlarla xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi