Ədəbiyyat dərsində ulu öndər yad edilib.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 7a sınfində ədəbiyyat dərsini ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edib. "Uşaq aləmi, uşaq taleyi" bölməsi üzrə ümumiləşdirmə aparılarkən müəllim ulu öndərin uşaqlara sevgisi, dövlətimizin uşaqlara qayğısı haqqında məlumat verib. Şagirdlər sevə-sevə "Heydər baba" adlandırdıqları bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı hazırladıqları təqdimatlarla çıxış ediblər.