Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş sinif saatı
9a sınfində növbəti sinif saatı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Məktəb rəhbərliyinin də iştirak etdiyi sinif saatında ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sinif rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva və şagirdlər bu böyük şəxsiyyətin həyat və fəaliyyəti haqqında məlumat verərək onun Azərbaycan tarixində müstəsna rolunu xüsusi vurğulayıblar. Sonda çıxış edənlər: məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva kiçik ədəbi-musiqili tədbir təsiri bağışlayan bu sinif saatını ulu öndərə məhəbbət və ehtiram nümunəsi kimi dəyərləndiriblər.