"Heydər Əliyev və Azərbaycan tarixi" adlı elmi-praktik konfrans keçirilib.
Bu gün Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən "Heydər Əliyev və Azərbaycan tarixi" adlı elmi-praktik konfrans keçirilib. Konfransda məktəbimizin 9a sinif şagirdi Məryəm Atakişizadə "Uğurlu siyasətin davamı -İlham Əliyevin hakimiyyətə gəlməsi" mövzusunda məruzə ilə (elmi rəhbəri Kəmalə Əliyeva) çıxış edərək təşəkkürnamə ilə təltif olunub.
Məryəmi və onun üzərində əməyi olan Kəmalə müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.