31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

 

Bu gün məktəbimizin 10-cu sinif şagirdlərinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı konfrans keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı və 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırım qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin tarix müəllimləri Zenfira Babayeva və Şəlalə Nəcəfova şagirdlərə bu gün haqqında ətraflı məlumatlar verdilər, şagirdlər isə mövzu ilə əlaqəli çıxış etdilər. Həmçinin mart soyqırımına həsr olunmuş videçarx nümayiş edildi. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək xalqımızın başını gətirilən faciələrdən bəhs etdi, qeyd etdi ki, Azərbaycan xalqı faciə qurbanlarını heç zaman unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi