Şagirdlərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub

 

 

Peşə təmayüllü 234,120,117 və 293 nömrəli tam orta məktəblərin peşə təmayüllü siniflərinin iştirakı ilə sərgi-satış yarmarkası keçirilib. Peşə təmayüllü sinif şagirdlərinin əl işlərindən ibarət sərginin keçirilməsində əsas məqsəd şagirdlərin əldə etdikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissi formalaşdırmaq, məktəbliləri əmək bazarına hazırlamaq, ətraf mühitə fəal inteqrasiyasını təmin etmək, həmçinin "Əsas səriştələr" fənnində öyrəndikləri "Peşə etikası və müştərilərə xidmət", "Sahibkarlıq", "Estetika və mədəni özünüifadə" kimi modulları reallaşdırmaq və satışdan əldə olunan vəsaitin qardaş ölkə Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə göndərməkdir. Novruz bayramına həsr olunmuş "Bahar çələngi" adlı sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri ilə iş sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov , "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin idarə heyətinin üzvü Jalə Bənnayeva, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev, Azərbaycan Milli Kulinariya Mərkəzinin idarə heyətinin üzvləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 Tədbirdə çıxış edən qonaqlar peşə təmayüllü siniflərin təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsində mühüm rol oynadığını qeyd ediblər. 

 göstərilməsi, həmçini

Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə 4 məktəb üzrə 200-ə yaxın əl işi nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi