“ARŞIN MAL ALAN” OPERETTASI TAMAŞAYA QOYULDU
Novruz bayramı və 10 Mart – Milli Teart Günü ilə əlaqədar olaraq məktəbimizin 9 və 10-cu sinif şagirdlərinin iştirakı ilə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası tamaşaya qoyuldu. Şagirdlərin çıxışı izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda direktor səlahiyyətlərini icra edən İradə Atakişiyeva çıxış edərək şagirdlərimizi təbrik etdi, həmçinin tədbirin hazırlanmasında xüsusi əziyyəti olan uşaq birliyi təşkilatının rəhbəri Mənzər Abdullayevaya və məktəbin psixoloqu Samirə Əlişayevaya öz təşəkkürünü bildirdi. Qeyd edək ki, bu cür tədbirlərin təşkil olunmasında məqsəd şagirdlərdə milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarətdir.