Fəxri fərmanla təltif edildi
Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Yeni Azərbaycan Partiyasının və Xəzər Rayon Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin dəvətliləri sırasında olan məktəbimizin direktor səlahiyyətlərini icra edən İradə Atakişiyeva Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif edilmişdir. Bu münasibətlə İradə müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.