"İki qadın - iki xanım sənətkar" - Əzizə Cəfərzadənin "Natəvan hekayələri" kitabının müzakirəsi keçirilib.

Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva VI-VII sinif şagirdləri, o cümlədən rəhbərlik etdiyi "Bədii qiraət" dərnəyinin üzvləri ilə görkəmli yazıçı Əzizə Cəfərzadənin "Natəvan hekayələri" kitabının müzakirəsini keçirib. On gün ərzində şagirdlər əsəri mütaliə ediblər. 

    Kəmalə müəllim çıxışında tədbiri məhz bu gün - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirməyinin təsadüfi olmadığını qeyd edib. "İki qadın - iki xanım sənətkar" adlandırdığı bu tədbirdə Azərbaycan qadınlarının xalqımızın taleyində, ədəbiyyat, incəsənət və mədəniyyətində böyük rolu haqqında, Xurşidbanu Natəvan və Əzizə Cəfərzadənin yaradıcılığı haqqında qısa məlumat verib. Müzakirələr zamanı şagirdlər hekayələrdə onları təsirləndirən məqamlardan, burada adları çəkilən tarixi şəxsiyyətlərdən: Qarabağ xanı İbrahim xanın qızları Gövhər ağa və Ağabəyim ağadan, Aşıq Pəridən, "Məcisi-üns" ədəbi məclisindən, buradakı şairlərdən söz açmış, kitabdakı şifahi xalq ədəbiyyatı nümunələrini: alqışları, atalar sözləri və məsəlləri, bayatı və ağıları böyük həvəslə səsləndiriblər.

 Sonda məktəbin kitabxanaçısı Səadət Məmmədova çıxş edərək bu maraqlı tədbir üçün Kəmalə müəllimə və şagirdlərə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi