"Heydər Əliyev və hüquqi dövlət " olimpiadasında fərqlənən şagirdlərimiz təltif olunublar.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Bakı şəhəri məktəbliləri arasında "Heydər Əliyev və hüquqi dövlət " adlı hüquq olimpiadası keçirib . Olimpiadada iştirak edən şagirdlərimizdən ikisi: 10 a sinif şagirdləri Nəcəfova Fatimə və Xanalıyev Murad fərqləniblər.
28 fevral 2023-cü il tarixində keçirilən təltifolunma mərasimində Nəcəfova Fatimə Elm və Təhsil Nazirliyi , Xanalıyev Murad isə Gənclər və İdman Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Şagirdlərimizi və onların üzərində əməyi olan Nəcəfova Şəlalə müəllimi təbrik edir, uğurlarımızın davamlı olmasını arzulayırıq.