"Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" mövzusunda xüsusi dərs
Bildiyimiz kimi, bu gün birinci dərslər Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunub. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 6d sinfində "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" mövzusunda xüsusi dərs aparıb. Soyqırımı qurbanları ehtiramla yad edildikdən sonra müəllim tarixdə baş vermiş müxtəlif soyqırımı hadisələri haqqında məlumat verib. Xocalı faciəsi, onun səbəbkarları və qurbanları, itkilərimiz haqqında diskussiyadan sonra şagirdlər Xocalı faciəsi ilə bağlı təqdimat ediblər. Dərsdə Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır, qanlı cinayət kimi qiymətləndirilib.