İMTAHAN QABAĞI STRESS
İmtahan qabağı stressi aradan qaldırmaq məqsədilə məktəbin psixoloqları Əlişayeva Samirə və Məmmədova Nərminə şagirdlərlə seminar keçirtdilər.Seminarda stressin yaranma səbəbindən, imtahan nəticələrinə təsir edən amillərdən,qorxunu dəf etmək üçün psixoloji metodlardan, özünə inam hissinin formalaşdırılmasından, həyəcanı azaltmaq üçün fizioloji metodlardan və imtahan günü edəcəkləri qaydalardan danışıldı.Slaydlar nümayiş etdirildi, şagirdləri maraqlandıran sualları cavablandırdı.