"Bir qərinəlik dərs" mövzusunda xüsusi dərs

Bu gün məktəblərdə ilk dərslər 20Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilib. Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva VIIa sinfində "Bir qərinəlik dərs" mövzusunda xüsusi dərs aparıb. Əvvəlcə faciə qurbanları ehtiramla yad edilib. Sonra şagirdlər BİBÖ cədvəlində Qanlı yanvar faciəsi haqqında bildiklərini və bilmək istədiklərini qeyd ediblər. Sonra müəllim faciənin səbəbləri, nəticələri, günahkarlar, itkilərimiz, faciənin ədəbiyyatımızda əks etdirilməsi haqqında ətraflı məlumat verib. Şagirdlər yeni məlumatları BİBÖ cədvəlinə əlavə ediblər, "Klaster"də əks etdiriblər. Müəllim sonda qeyd edib ki, Vətənimizin azadlığı, dövlətimizin müstəqilliyi, torpaqlarımızın bölünməzliyi, sərhədlərimizin toxunulmazlığı uğrunda şəhid olan Vətən övladlarını ehtiramla yad etmək uşaqdan böyüyə hər birimizin vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi