Qanlı yanvar faciəsinə həsr edilmiş ədəbiyyat dərsi
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 7a sınfində ədəbiyyatdan sinifdənxaric oxu dərsini Qanlı yanvar faciəsinə həsr edib. N.Həsənzadənin "Azadlıq himnləri" və R.Qusarçaylının "Gözün aydın, Qarabağ!" şeirlərinin məzmunu üzərində iş aparılıb, azadlıq və müstəqillik yolunda qurban gedən şəhidlərimizin xatirəsi anılıb, 20 Yanvar - bizi müstəqilliyə aparan şanlı qəhrəmanlıq tariximiz kimi dəyərləndirilib.