20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş ədəbiyyat dərsləri
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva bu gün 6b və 6d siniflərində ədəbiyyat dərslərini 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edib. Sabir Əhmədlinin "Dərs" hekayəsinin məzmunu üzərində iş aparılıb, şagirdlərin təqdimatları dinlənilib. Müəllim və şagirdlər bu günü bizi müstəqilliyə aparan yol, tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndiriblər.