Paytaxt təhsili 2022: təqvim ilinin mənzərəsi

 

2022-ci təqvim ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hədəf kimi qarşıya qoyulan ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və müvafiq istiqamətlərdə tədbirlərin həyata keçirilməsi baxımından məqsədyönlü fəaliyyətlərin icrası, həmçinin yeni dövrün çağırışlarından irəli gələn tələblərin yerinə yetirilməsi və digər yeniliklərlə yaddaqalan olub.

 

Ümumi statistika

BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.  

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

 

22 901 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 282  ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 901 uşaq cəlb olunub.

 

30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib

Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilib. 

 

48 829 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48 829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

 

1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Onlardan 982 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

 

38 məzun qızıl və gümüş nişana layiq görülüb

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2021-2022-ci dərs ilində 38 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı  gümüş nişana layiq görülüb.

 

54 Bakı məktəblisi olimpiadada qalib olub

2022-ci təqvim ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 54 paytaxt məktəblisi qalib olub.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 27 nəfər bürünc medal qazanıb. 

 

Məntiq Olimpiadasında 21 paytaxt məktəblisi qalib olub

2022-ci təqvim ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub. 

Belə ki, 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb.

V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.

 

Respublika fənn müsabiqələrində 35 şagird qalib olub

Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn  (fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə) müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 10 nəfər riyaziyyat, 4 nəfər fizika, 10 nəfər biologiya, 11 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.

 

155 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

 Layihə çərçivəsində paytaxtdakı 19 ümumi təhsil müəssisəsində 108 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin Bakıdakı 31 məktəbdə 47 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu da təşkil olunub.

 

Tədris ilinin ilk dərsləri

2022-2023-cü tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

 

Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Həmçinin ölkə Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 nömrəli tam orta məktəbdə və Suraxanı rayonunda yeni inşa edilmiş 87 nömrəli məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, həmçinin 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

 

33 nəfər təhsil işçisi təltif edilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.  

Həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

 

Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb

BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.

Belə ki, uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan, əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə və 2022-ci ildə səmərəli fəaliyyəti ilə fərqlənən məktəb direktorlarına BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən  Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 

Buraxılış və qəbul imtahanlarında maksimum nəticə

BŞTİ-nin tabeliyindəki 125 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Nigar Əhədulla qızı buraxılış və IV  ixtisas qrupu üzrə qəbul imatahanlarında bütün suallara düzgün cavab verərək maksimal olan 700 bal toplayıb.

Həmçinin 286 nömrəli tam orta məktəbin şagirdi Orucov Nəcməddin Nəsimi oğlu buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərərək 300 bal toplayıb.

 

30 məktəbin İnkişaf Planı hazırlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, növbəti təqvim ilində 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulub.

 

16 mindən çox şagird təmayül sinifdə təhsil alır 

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 085 şagird təhsil alır. 

Qeyd edək ki, 2022-ci təqvim ilində paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib.

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

 

100-dən çox şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. 

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

484 şagird fərdi təhsil alır

2022-ci təqvim ilində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub.

Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alır.   

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 

 

İşə qəbul üzrə 2 334 vakansiya təqdim olunub

2022-2023-cü tədris ili üçün  müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 334 vakansiya təqdim olunub.

 

2 012 nəfər işə qəbul olunub

Müsabiqələr nəticəsində 2 012 nəfər işə qəbul olunub.

Bunlardan:

795   nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

1 098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.

 

Şagird sayı 500-dək olan 3 təhsil müəssisəsinə direktor təyin edilib

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.

 

541 müəllimin iş yeri daimiləşib

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 541 nəfər müəllimin iş yeri daimiləşib.

 

290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. 

Belə ki, 2022-ci təqvim ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

 

60 nəfər direktor müavini vəzifəsinə təyin edilib

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

 

21 nəfər təşkilatçı vəzifəsinə təyin edilib

2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə  uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.

 

222 nəfər psixoloq vəzifəsinə işə qəbul hüququ qazanıb

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçən 222 nəfər işə qəbul hüququ qazanıb.

 

44 nəfər GÇH rəhbəri vəzifəsinə işə qəbul hüququ qazanıb

BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 44 nəfər işə qəbul hüququ qazanıb.

 

Məktəb idarəçiliyi

2022-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.

172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Ümumilikdə 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.

 

5 məktəbin direktoru vəzifəsi TDM-in metodistlərinə həvalə edilib

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsinin direktoru vəzifəsi Təlimə Dəstək Mərkəzinin metodistlərinə həvalə edilib.

Məktəb rəhbərliyi vəzifəsinin metodistlərə həvalə edilməsinin əsas məqsədi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin idarəetməsinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi vermək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə daha yaxından metodiki yardım göstərməkdən ibarətdir. 

 

Orta aylıq əmək haqqı 867 manat təşkil edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib.

 

Məktəblərdə yeni qaydaların tətbiqi ictimai müzakirəyə çıxarılıb

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

İctimai müzakirəyə çıxarılan hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.

Qeyd edək ki, ictimai müzakirə nəticəsində toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

 

68 məktəbdə operativ monitorinqlər keçirilib

2022-ci ildə BŞTİ-nin tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunmasını müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib.  

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

 

Buraxılış fənləri üzrə monitorinq aparılıb

BŞTİ tərəfindən VI, VII və IX siniflər üzrə monitorinq aparılaraq nəticələri təhlil olunub.

Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

 

Buraxılış siniflərinin nəticələri təhlil edilib

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları fənləri üzrə keçirilmiş monitorinqlərin keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyatı üzrə ötürülməsi həyata keçirilib.

Həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən paytaxtın ümumi təhsil müəssisələrinin IX və XI siniflərində təşkil olunan buraxılış imtahanlarının nəticələri təhlil edilib.

Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Rəqəmsal summativ qiymətləndirmələr

2022-ci təqvim ilindən başlayaraq BŞTİ-nin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir.

Rəqəmsal summativ qiymətləndirmələr IV-XI siniflərdə bütün fənlər üzrə Microsoft TEAMS proqramı vasitəsilə aparılır. 

Rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.

Nümunəvi tədris planları hazırlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən bütün fənlər üzrə illik və cari planlaşdırma nümunələri hazırlanıb.

Nümunələr ümumi təhsil müəssisələrinə göndərilib.

 

Elektron hesabat və təqdimat modeli üzrə hesabatlar dinlənilib

2022-ci təqvim ilində təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli hazırlanaraq məktəblərə təqdim olunub. Hazırlanan formalar üzrə paytaxtın təhsil müəssisələrinin hesabatları dinlənilib.    

 Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayır.

 

Məktəblərə Fəaliyyət Planı formaları təqdim edilib

Təhsil müəssisələrinə illik Fəaliyyət Planı formaları təqdim olunub.

Fəaliyyət planlarının tərtibi ilə əlaqədar 58 ümumi təhsil müəssisəsinin rəhbəri ilə görüşlər keçirilib.

Təqdim olunan fəaliyyət planları hədəflərin düzgün tərtib edilməsi və nəticələrin təhlili baxımından əhəmiyyətlidir.

 

Bakı Elm Olimpiadası keçirilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçirilib.

Olimpiadanın I turunda 270 ümumi təhsil müəssisəsindən 800 şagird iştirak edib ki, onlardan 20 məktəbi təmsil edən 60 şagird final turuna vəsiqə qazanıb.

Olimpiadanın nəticələrinə əsasən, qaliblərə qızıl, gümüş və bürünc medallar təqdim olunub. Eyni zamanda həvəsləndirici yerlərə layiq görülən məktəblilər, təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.  

Olimpiadanın finalında qalib olan 147 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri Kolumbiyada keçiriləcək beynəlxalq olimpiadada iştirak hüququ qazanıblar.

Bakı Elm Olimpiadasının keçirilməsində əsas məqsəd keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

 

Paytaxt üzrə 275 məktəbdə “Yay məktəbi”

2022-ci ildə BŞTİ-nin tabeliyindəki 275  ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.

16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinifləri üzrə 19 827 şagird qoşulub.

Ödənişsiz və  könüllü əsaslarla keçirilən “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

 “Yay məktəbi” çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis  dili, robototexnika  sahəsində  bilik və  bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.

 

“Məktəblinin dostu” layihəsi

 “Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir.

330 min  şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş – “Məktəblinin dostu” çalışır.

2022-ci təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

 

5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

2022-ci təqvim ilində paytaxtdakı 5 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.  

BŞTİ-nin tabeliyindəki 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. 

 

Paytaxt üzrə 69 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

 

“Müəllimin cəbhə gündəliyi” layihəsi

BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

“Tarix yazan müəllimlər” layihəsi

Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə “Tarix yazan müəllimlər” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində gənc qazi müəllimlərin döyüş yolu və müəllimlik fəaliyyətindən bəhs edən videoçarxlar hazırlanıb.

 

“Mənim məktəbim” layihəsi həyata keçirilib

BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilib. 

Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılıb.

 

176 məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 176 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdən keçərək sertifikat  əldə edib. Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.

 

“eTwinning Plus” layihəsi

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində BŞTİ-nin tabeliyindəki məktəblərin müəllimləri fəal iştirak ediblər.

Layihə çərçivəsində 26 nömrəli tam orta məktəbin müəllimi Günel Məmmədova  “Future Journalists” layihəsində Avropa Mükafatı qazanıb ki, bu mükafat müəllim və şagirdlərin layihədə  işlərinə görə ala biləcəkləri ən yüksək mükafat hesab  olunur.

Həmçinin sözügedən layihə əsasında “Mənim böyük ideyam” (“My Big Idea”) mövzusunda müsabiqədə  BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri uğurla  iştirak edib, onlardan  67, 80, 202,  245 və 300  nömrəli tam orta məktəblərin şagirdləri qalib adını qazanıblar.

Layihənin əsas məqsədi müəllimlər və şagirdlərlə digər ölkələrdəki həmkarları arasında ünsiyyət və əməkdaşlıq imkanlarını artırmaq, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

 

            “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub

BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya” fəaliyyət göstərir.

Təqvim ili ərzində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Layihə çərçivəsində şagirdlər tərəfindən

1 500-dən artıq mövzu tədqiq olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik Akademiya”ların saytı da yaradılıb (bakuka.az).

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

 

181 məktəbdə STEAM layihəsi tətbiq edilir

BŞTİ-nin tabeliyindəki 181 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

Bakı məktəbliləri “Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində,  Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-də, eləcə də "Makerthon 2022" yarışında, “Məktəblinin dostu” ilə  birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla  iştirak edərək müxtəlif nominasiyalar üzrə qalib adını  qazanıblar.

Daha bir uğur isə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robototexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən  ibarət Azərbaycan komandası  ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də  “Energy Team”  kubokunu əldə edib.  50-yə  yaxın  ölkədən  4800 komanda  və  15 000-ə yaxın  şagirdin iştirak etdiyi  yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq  final oyunlarında VI  yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki  20 nömrəli məktəb-lisey və  153  nömrəli  tam orta məktəbin şagirdləri də  yer alıb.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 

 

            “Sabahın alimləri” XI Respublika Müsabiqəsi

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak hüququ qazanıb. Müsabiqəyə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb I yerə, 4-ü II yerə, 5-i  III yerə, 1-i isə sertifikata layiq görülüb. Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-da keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsindən ibarətdir.

Qeyd edək ki, artıq “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə start verilib. Müsabiqəyə BŞTİ-nin tabeliyindəki məktəblərdən 111 layihə qeydiyyatdan keçib.

 

Təhsil İdarəsində 27 könüllü fəaliyyət göstərir

BŞTİ tərəfindən VII Könüllülük Proqramı həyata keçirilir.

VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan 70 nəfər müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 27 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.

 

            “Onlayn kitab klubu” layihəsi

BŞTİ tərəfindən “Onlayn kitab klubu” adlı  sosial layihə keçirilib.

 İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində yaradılmış “Onlayn kitab klubu” səhifəsində (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin bölüşdürülməsi və maarifləndirici mövzularda təqdimatlar təşkil olunub.

 

“Gələcəyə ümid” layihəsi

Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsi həyata keçirilib.

Layihənin məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların akademik, sosial bacarıqlarının inkişaf etdirilməsi və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.

 

“Yaradıcı müəllim” təqdimat müsabiqəsi

BŞTİ tərəfindən reallaşdırılan "Yaradıcı müəllim"  təqdimat müsabiqəsində 59 müəllim öz yaradıcı yanaşmalarına görə fərqlənib. Onlardan 9 nəfər I, II, III yerlərə layiq görülüb, 5 nəfər “Tərifnamə”, 45 nəfər isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.

Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.

 

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub. 

 

Paytaxt məktəbliləri “Düşünən oxucu” müsabiqəsində

Məktəblilər arasında “Düşünən oxucu” müsabiqəsi keçirilib.

Müsabiqənin şəhər mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib. 

Müsabiqənin ölkə mərhələsinin nəticələrinə əsasən, 3 paytaxt məktəblisi diplomla təltif edilib.

 

“Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi

BŞTİ tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqə çərçivəsində ümumilikdə 3000-dən çox şagird məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və  dünya  ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayıb.

Müsabiqədə I, II və III yerlərə layiq görülən qaliblərə diplomlar təqdim olunub, xüsusi fəallığı ilə fərqlənənlər isə Tərifnamə və Təşəkkürnamə ilə təltif ediliblər. 

Müsabiqənin keçirilməsinin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir.

 

“Bahar çələngi” layihəsi

BŞTİ tərəfindən “Bahar çələngi” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar  çələngi” adlı  ədəbi-bədii kompozisiyalar,  adət-ənənələrin əks olunduğu seminarlar, konsert proqramları, “Dəyirmi  masa”, intellektual müsabiqə və yarışlar, şagirdlərin əl işlərindən ibarət sərgilər, Novruz  mühazirələri, “Novruz  bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri, idman yarışları və xalq oyunları keçirilib, məktəblərin həyətlərində yaşıllıqlar salınıb.     

Layihənin məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.

 

“Məktəbli startapçılar” layihəsi

BŞTİ və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur.

Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, məktəbdə öyrəndikləri ilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarətdir.

 

“Gündəm təhsildir” adlı müzakirə proqramı

BŞTİ-nin təşkilatçılığı ilə  “Gündəm təhsildir” adlı onlayn müzakirə proqramı fəaliyyət göstərib. 

BŞTİ-nin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan proqram çərçivəsində təhsil gündəmində olan maraqlı mövzular ətrafında müxtəlif qonaqlarla söhbət aparılıb.

“Gündəm təhsildir” proqramının əsas məqsədi  özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə fərqlənən, qazandığı uğurlarla təhsil prosesinin iştirakçılarını ruhlandıran şəxslərin çıxışlarına yer vermək və onları geniş ictimaiyyətə təqdim etməkdən ibarətdir.

 

“Məktəbdə...” layihəsi

BŞTİ tərəfindən "Məktəbdə...” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşləri təşkil olunur.

"Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyilə keçirilən layihənin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissinin aşılanması, mütaliəyə olan marağın artırılması, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarının təbliğ edilməsindən ibarətdir.

 

Məktəblilər arasında ekoloji maarifləndirmə işləri aparılıb

BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Yaşıl layihə:Təbiəti qoruyanlar” layihəsi həyata keçirilib.

Layihə  çərçivəsində ümumi təhsil məktəblərində maarifləndirici tədbirlər təşkil olunub, mövzu ilə əlaqədar  videoçarxlar və “Təbiətimizi qoruyaq” adlı tamaşalar hazırlanıb. Həmçinin layihə əsasında məktəb həyətləri  yaşıllaşdırılıb, “Məktəbli bostanı”, “Yaşıl siniflər”, “Zəfər bağ”ları və ekoloji guşələr  yaradılıb.  

Layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,  ətraf mühitin və ekologiyanın mühafizəsi məqsədilə təşkil edilib.

 

“Ailəm və məktəbim” layihəsi

BŞTİ tərəfindən “Ailəm və məktəbim” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər və şagirdlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil edilib.

Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qurulması işinə dəstək vermək məqsədilə keçirilən layihə təqvim ilinin sonunadək davam etdirilib.

 

“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi

BŞTİ tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi həyata keçirilib.

Layihə çərçivəsində 315 şagird videotəqdimatlarla müsabiqəyə müraciət edib. Müsabiqənin nəticələrinə əsasən 3 nəfər I, 3 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 5 nəfər “Tərifnamə”, 15 nəfər isə “Təşəkkürnamə” ilə təltif olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, həmçinin şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

 

“7-dən 17-yə vətənpərvər!” layihəsi

BŞTİ tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində ümumi təhsil məktəblərində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda “Şuşa İli”, 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı tədbirlər təşkil edilib.

Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

 

“Hekayəni paylaş” videotəqdimat müsabiqəsi

Paytaxt məktəbliləri arasında “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsi keçirilib.

Şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, ingilis dilini öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi məqsədilə keçirilən müsabiqənin birinci mərhələsinə 405 video təqdim olunub.

Müsabiqənin yekununda ümumilikdə 9 iştirakçı (3 nəfər I, 3 nəfər II, 3 nəfər III yer) qalib seçilib. Həmçinin 5 nəfər həvəsləndirici yerə layiq görülüb, digər iştirakçılar isə müxtəlif nominasiyalar üzrə təltif olunub.

 

“Zəfər” məktəblilərarası I tarix olimpiadası

Paytaxt məktəbliləri arasında  “Zəfər” məktəblilərarası I tarix olimpiadası keçirilib.

Olimpiadanın ilk mərhələsində 5 414 nəfər şagird iştirak edib.

Olimpiadanın nəticələrinə əsasən, mərkəzləşmiş qaydada təşkil olunan şəhər turunda iştirak etmiş 509 şagirddən 11 nəfər I, 14 nəfər II, 36 nəfər isə III yerin qalibi olub.

Olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunub.

Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

 

“Peşəkarlıq yolunda” layihəsi

Paytaxtın ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Peşəkarlıq yolunda” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində valideynlər və şagirdlər üçün ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən maarifləndirici görüşlər keçirilir, peşə təhsili barədə məlumatlar verilir.

Layihənin məqsədi təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, onların maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsindən ibarətdir.

 

Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsi

BŞTİ tərəfindən "Yaradıcı müəllim: inkişaf edək, etdirək"  təqdimat müsabiqəsi həyata keçirilir.

Müsabiqənin seçim mərhələsində 424 nəfər - 212 müəllim, 212 şagird iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılmasından ibarətdir. 

 

“Ən yaxşı məktəb saytı” müsabiqəsi

Paytaxtın ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 205, Sabunçu rayonu üzrə 96, Xətai rayonu üzrə 95, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyi, Pirallahı rayonu üzrə 231, Qaradağ rayonu üzrə 166, Suraxanı rayonu üzrə 279, Xəzər rayonu üzrə 120, Nəsimi rayonu üzrə 240,  Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 239, Yasamal rayonu üzrə 53 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

 

“Biliyini paylaş” layihəsi

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş”  layihəsi həyata keçirilib.

Layihədə iştirak  etmək məqsədilə 303 müəllim  sorğuya qatılıb. Onlardan 59 müəllim seçilərək  mentorluq keçmək üçün öz  komandalarını yaradıb. Layihə iştirakçısı olan müəllimlər layihə əsaslı öyrənmənin dərs  prosesində tətbiqi, bu prosesdə istifadə olunan üsul  və vasitələr, şagirdlərin  nitq, ünsiyyət, dinləmə qabiliyyətinin, tədqiqatçılıq və yaradıcı yanaşma bacarığının inkişaf etdirilməsi istiqamətləri üzrə  qabaqcıl təcrübələrini digər müəllimlərlə paylaşıb, maarifləndirici seminarlar, dərslər təşkil ediblər.

Layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələlərə diqqətin artırılmasından ibarətdir.

 

Uşaq müdafiəsi üzrə pilot layihə

Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə Fəaliyyət Planı əsasında Təhsil İnstitutu və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirilir.

25 ümumi təhsil məktəbində icra olunan layihənin əsas məqsədi təhsil müəssisələrində uşaq hüquqlarının daha səmərəli qorunmasına nail olmaqdan ibarətdir.

 

OCEP layihəsi

Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilir.

Layihəyə BŞTİ-nin tabeliyindəki 42 məktəb cəlb olunub.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın həyata keçirilməsində məqsəd şagirdlər arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.

 

İstedadlı şagirdlər üçün eksternat imtahanları

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

 

Eksternat imtahanları – təhsil hamı üçün

Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib. İmtahanlarda 887 nəfər ekstern iştirak edib.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 

Paytaxt məktəbliləri beynəlxalq elm olimpiadalarında

Paytaxt məktəbliləri 2022-ci təqvim ilində ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında  (IZhO) Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə gümüş medalın, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə bürünc medalın sahibi olub.

39-cu Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medal qazanıb. 

Norveçin paytaxtı Oslo şəhərində keçirilən 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat əldə edib.

 Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə III dərəcəli diploma layiq görülüb.

Meksikada təşkil olunmuş “Infomatrix” Beynəlxalq Layihə və Robotexnika Olimpiadasının dünya finalında Bakı şəhəri  2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Cavid Salam Mirsalayev gümüş medal qazanıb.

  

Paytaxt məktəbliləri idman sahəsində 638 medal qazanıb

2022-ci təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 283 qızıl, 134 gümüş, 221 bürünc  olmaqla, ümumilikdə 638 medal əldə ediblər. 

 

“Məktəb hesabatları” dinlənilib

BŞTİ tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsi həyata keçirilib.

Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələləri baxımından əhəmiyyətli olan  “Məktəb hesabatları”nın dinlənilməsi paytaxt üzrə bütün məktəbləri əhatə edib.

 

Məktəb direktorları üçün seminar-görüşlər

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminar-görüşlər keçirilib.

Seminarlarda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

 

Metodiki seminarlar

BŞTİ-nin tabeliyindəki  ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün metodiki seminarlar keçirilib.

Tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq baxımından əhəmiyyətli olan metodiki seminarlar paytaxt üzrə bütün məktəbləri əhatə edib.

 

Riyaziyyat müəllimlərinin I Bakı forumu

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.

Paytaxt üzrə riyaziyyat müəllimlərini əhatə edə forumda müəllimlərin əməkdaşlığını və peşəkar dəstək almaq ehtiyacını təmin etmək məqsədilə Bakının 12 inzibati rayonunun hər biri üzrə bir məktəb koordinasiya mərkəzi kimi seçilib. Sözügedən mərkəz məktəblərdə fəaliyyət göstərəcək koordinasiya qrupları ilə ayda bir dəfə toplaşaraq qarşıya çıxan problemləri müzakirə edərək həlli istiqamətində təkliflər verəcək.

 

Təhsil işçiləri üçün təlimlər

Ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlarla “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda seminar-görüşlər keçirilib. Seminar-görüşlərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb, məktəb direktorlarına müvafiq məsələlər barədə tövsiyələr verilib.

 BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilib. Təlimlər müasir yanaşmaların tətbiq olunması, hesabatlılıq və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması baxımından əhəmiyyətli olub.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrinin rəhbərləri üçün ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Vətəndaş məmnunluğunun idarə olunması” mövzusunda təlim keçirilib.

Elm və Təhsil Nazirliyinin sifarişi ilə Britaniya Şurası Təşkilatı (British Council)  tərəfindən ingilis dili müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən paytaxt məktəblərində fəaliyyət göstərən fənn müəllimləri üçün onlayn və ənənəvi şəkildə metodiki seminar, təlim, vebinar və görüşlər keçirilib, müəllimlərə müvafiq tövsiyələr verilib.

Həmçinin Təlimə Dəstək Mərkəzi tərəfindən respublika fənn olimpiadasının finalına vəsiqə qazanan şagirdlər və onların hazırlığı ilə məşğul olan müəllimlər üçün istiqamətverici dərslər təşkil edilib.

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilini həyata keçirən peşəyönümü koordinatorlar üçün 3 mərhələ üzrə bir günlük təlimlər keçirilib.

Bakı şəhəri  ümumi  təhsil məktəblərinin müəllimləri üçün Azərbaycan Müəllim İnkişaf Mərkəzi (AMİM) tərəfindən tədris planlarının işlənməsi və müasir tədris modelləri əsasında tədrisin təşkili üzrə ixtisasartırma təlimləri keçirilib.  

Paytaxtın ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün Python və Algoritm proqramlaşdırma təlimləri keçirilib.

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində elektron dərs cədvəllərinin düzgün hazırlanmasına dəstək məqsədilə təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün müvafiq təlimlər keçirilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində çalışan direktorlar, tərbiyəçi-müəllim və  metodistlər üçün təlimlər keçirilir. Məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etmək məqsədilə keçirilən təlimlərdə 3 000 nəfərin iştirakı nəzərdə tutulub.

 

Türkiyə nümayəndə heyəti təhsil müəssisələrində

Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələri rəhbərləri ölkəmizə səfər edib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ilə BŞTİ-nin rəhbərliyi arasında görüş keçirilib.

Türkiyəli qonaqlar, həmçinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, 20 nömrəli məktəb-liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və 17 nömrəli uşaq bağçasını ziyarət edib, “STEAM” və “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu siniflərlə tanış olublar.

 

Təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər

Paytaxtın 30-dək təhsil işçisi Türkiyədə təcrübə proqramında iştirak edib.

Təcrübə proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb.

Təcrübə proqramının əsas məqsədi Türkiyə Cümhuriyyətində təhsilin yerli idarəetmə mexanizmləri, elektron idarəetmə işinin təşkili, təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin aparılma qaydaları, maliyyə və maddi resursların idarəedilməsinin daha dərindən öyrənilməsindən ibarət olub.

 

Müəllimlərin sertifikasiyası

Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri olacaq.

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində müəllimlərə dəstək məqsədilə maarifləndirici görüşlər, müzakirələr və vebinarlar keçirilib.

 

Direktorlar üçün maarifləndirici görüşlər

Paytaxtdakı məktəblərin direktorları üçün “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici görüşlər keçirilib.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən görüşlərin əsas məqsədi Elm və Təhsil Nazirliyinin 2022-ci il üzrə Tədbirlər Planının icrası çərçivəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya risklərinin təhlili, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

 

            Gənc müəllimlər diqqət mərkəzindədir

BŞTİ-nin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Görüş çərçivəsində gənc müəllimlərə müvafiq tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları düşündürən məsələlərə aydınlıq gətirilib.

 

Məktəb psixoloqlarının konfransı

Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.

Konfransda şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı  təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məsələlər müzakirə edilib, psixoloqların çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin əhəmiyyətindən danışılıb.

 

Uşaq müdafiəsinə dair qurumlararası əməkdaşlıq

BŞTİ və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

Konfransda qarşıya qoyulmuş məsələlərin icrası məqsədilə “Dəyirmi masa” təşkil olunmuş “Dəyirmi masa”da uşaqların müdafiəsinin daha səmərəli təşkili üçün Koordinasiya Şurasının yaradılması qərara alınıb.

Qeyd edilən tədbirlərin əsas məqsədi uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdan ibarətdir.

 

            İrəvan Müəllimlər Seminariyasının-140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” BŞTİ-nin Tədbirlər Planına əsasən paytaxt məktəblərində silsilə tədbirlər keçirilib.

Paytaxtın ümumi təhsil məktəblərində keçirilən tədbirlər, konfranslar, “Dəyirmi masa”lar, seminarlar, görüşlər, sərgilər, disputlarda şagirdlər İrəvan Müəllimlər Seminariyası, orada dərs deyən müəllimlər, məzunlar haqqında məlumatlandırılıb. Həmçinin məktəblilərin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səfərləri təşkil olunub.                                                

 

Ulu Öndərə həsr olunmuş onlayn tədbirlər və Heydər Əliyev dərsləri

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə və anım günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda dərslər keçirilir.

  

“Oxu günü” keçirilib

Heydər Əliyev Mərkəzində “Gəlin, birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.

Tədbirdə BŞTİ-nin 2 stendi (“Book cafe” və “Məclisi-üns”) nümayiş olunub. Həmçinin paytaxt məktəbliləri görkəmli ədibləri və məşhur əsərlərdən personajları canlandırıb, “Qarabağ şikəstəsi” musiqi kompozisiyası ilə çıxış ediblər. 

Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədini daşıyır. 

 

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.

  

Paytaxt məktəblərində vətənpərvərlik tədbirləri

Paytaxt məktəbliləri arasında Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

Belə ki, “Zəfər tarixi” adlı silsilə konfranslar, “Açıq dərs”lər keçirilib və Bakı məktəblilərinin Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilib.

 

“Şuşa İli” ilə bağlı silsilə tədbirlər

Paytaxtdakı təhsil müəssisələrində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər, yazı və təqdimat müsabiqələri, festival və konfranslar keçirilib.

Qeyd edək ki, “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

 

Bakı məktəbliləri ilə maarifləndirmə tədbirləri

Paytaxtın ümumi təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilib.

“Açıq dərs”lərdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri tərəfindən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar əyani vəsaitlər və videoçarxlar vasitəsilə nümayiş olunub. Praktiki olaraq şagirdlərə mina partlayışı zamanı ilkin xilasetmə işləri öyrədilib.

 

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

BŞTİ-nin tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

 

Paytaxt məktəblərində Anım Günü tədbirləri

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Belə ki, Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Həmçinin təhsil müəssisələrində Anım Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.

Anım Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri açılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. 

 

Unudulmaz tarixlər

Ümumi təhsil müəssisələrində ilk dərs və məşğələlər müvafiq tarixlərdə 20 Yanvar hadisələri və  Xocalı soyqırımının ildönümünə həsr edilib. 

     

Təmir, tikinti, təchizat

2022-ci təqvim ilində BŞTİ-nin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.  

Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, “Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib.

Həmçinin cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, “A.Məmmədov” adına) əsaslı təmir işlərinə başlanılıb.

 

Birgə fəaliyyət - 199 müqavilə imzalanıb

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 188 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

Həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 126 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 11  ikitərəfli müqavilə imzalanıb. 

 

159 mindən çox müraciət daxil olub

2022-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 159 269 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 95 987 zəng qəbul edilib.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 164 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Onlardan 238 vətəndaşın qəbulu xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq (06.03.2022-ci il  tarixinədək) videoqəbul formatında həyata keçirilib.  

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 26 066 vətəndaşın müraciəti cavablandırılıb.

35 052 sənəd (vətəndaşlar tərəfindən 10 269 ərizə, 9 222 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 753, digər qurumlardan 2 215, məktəblərdən 5 611 məktub və  3 982 kadr ərizəsi)  qəbul olunub.  

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2022-ci təqvim ilində də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.

Eyni zamanda pedaqoji mətbuat nümayəndələri ilə görüşlər keçirilib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələrdə fəal iştirak edilib.

Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşü təşkil olunub, paytaxt məktəblərinin uğurları və Vətən Müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr həyata keçirilib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi