"Təbiəti qoruyanlar"ın təbiətə töhfəsi
Məktəbin ibtidai sinif müəllimi Sevda Əhmədova 1ç sinfində həyat bilgisi dərsində "Təbiəti qoruyanlar" layihəsi, təbiəti qorumağın zəruriliyi haqqında məlumat verib, şagirdlərin düzəltdikləri quş yuvalarının bu soyuq qış günlərində balaca quşlar üçün əsl sığınacaq olduğunu söyləyib. Uşaqlar isə bunu özlərinin təbiətə Yeni il töhfəsi, dost hədiyyəsi adlandırıblar. Sonra uşaqlar quş yuvalarını məktəb həyətindəki ağaclardan asıblar.