BŞTİ tərəfindən monitorinq keçirilib .
27 dekabr tarixində məktəbin 7-ci və 9-cu siniflərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib. Monitorinq 7-ci siniflərdə müvafiq fənlər üzrə şagirdlərin bilik səviyyəsini, 9-cu siniflərdə isə buraxılış imtahanlarına hazırlıq vəziyyətini müəyyənləşdirmək məqsədi daşıyırdı.