Rəqəmsal gələcəyə addım atan şagirdimiz
Bildiyimiz kimi, 17-18 dekabr tarixlərində paytaxt və bölgələr üzrə “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi keçirilib. Seçim mərhələsi onlayn və oflayn qaydada keçirilib. Bu mərhələnin nəticələrinə əsasən uğur əldə edən 300 şagird dekabrın 26-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bu şagirdlər arasında məktəbimizin 7b sinif şagirdi Tamerlan Borayev də var.
Məktəb KA-nın üzvü olan Tamerlanı təbrik edir, ona növbəti mərhələdə uğurlar arzulayırıq.