Olimpiada iştirakçıları ilə görüş keçirilib.
Bildiyimiz kimi, dekabr ayının 25-də Respublika fənn olimpiadalarının növbəti mərhələsi keçiriləcək. Odur ki , dekabrın 22-də məktəbin direktor əvəzi İradə Atakişiyeva və fənn müəllimləri: Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva və tarix müəllimi Şəlalə Nəcəfova məktəbimizi növbəti mərhələdə təmsil edəcək şagirdlərlə söhbət aparıb, tövsiyələrini veriblər. Şagirdlərə uğurlar arzulanaraq buraxılış vərəqləri verilib.