Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltməyə xidmət edən dərs
Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, Vətən müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə onları məlumatlandırmaq pedaqoji kollektivin əsas məqsədlərindəndir. Bu məqsədlə xüsusi dərslər keçirilir, müxtəlif dərslərdə bu mövzuya yer ayrılır.
7a sınfində ədəbiyyat dərsində Eyvaz Zeynallının "Kəşfiyyatçılar" hekayəsinin məzmunu üzərində iş aparılarkən əməkdar müəllim Kəmalə Əliyeva müzəffər ordumuzun şanlı qələbəsi haqqında ətraflı məlumat verib. Şagirdlər 44 günlük haqq savaşında xalqımızın mənfur düşmən üzərində möhtəşəm qələbəsi, azad olunmuş torpaqlarımız haqqında maraqlı təqdimatlar hazırlayıblar.