Pedaqoji şuranın növbəti iclası keçirilib.
18.11.2022 tarixində pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda IX siniflərdə buraxılış fənlərinin tədrisi və məktəbdaxili monitorinqdə şagirdlərin bu fənlərdən təlim göstəriciləri müzakirə edilib, zəif oxuyan şagirdlərlə xüsusi iş aparmağın zəruriliyi vurğulanıb. Fənn olimpiadalarının şəhər mərhələsinə qeydiyyat və hazırlıq, müxtəlif layihə və müsabiqələrdə şagirdlərimizin iştirakının təmin olunması, tədris ilinin ilk 2 ayı ərzində məktəbdə keçirilən tədbirlər haqqında məlumat verilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin respublika mərhələsində məktəbimizin IX a sinif şagirdi Hüseyn Fərzəliyevin I dərəcəli diploma layiq görülməsi xüsusi qürurla qeyd olunub. Müəllim və şagirdlərin xarici görünüşü, məktəbdaxili nizam-intizam qaydaları müzakirə edilib, metodbirləşmələrin işini gücləndirilmək , sinif jurnallarının işlənməsinə daha diqqətlə və məsuliyyətlə yanaşmaq tövsiyə olunub.