"Uşaq hüquqları aylığı" çərçivəsində uşaqların asudə vaxtının düzgün təşkili məqsədilə ekskursiya
"Uşaq hüquqları aylığı" çərçivəsində uşaqların asudə vaxtının düzgün təşkili və "Şuşa ili" çərçivəsində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək məqsədilə məktəbimizin tarix müəllimi Firəngiz Xəlilova sinif rəhbəri olduğu 5a sinif şagirdləri ilə "Azərbaycan Tarixi Muzeyi"nə və "Qənimətlər parkı"na ekskursiya təşkil edib. Vətənimizin tarixi haqqında məlumat və bilikləri daha da artan şagirdlər geri qayıdarkən təəssüratlarını bölüşərək müzəffər ordumuzun şanlı qələbəsindən duyduqları sevinc və qürur hisslərini ifadə ediblər.