Uşaq hüquqları aylığı çərçivəsində"Hər birimiz bir çiçək" adlı tədbir keçirilib
14.11. 2022- ci il tarixində 234 nömrəli tam orta məktəbin tarix müəllimi Nəcəfova Şəlalə " Uşaq hüquqları" aylığı çərçivəsində "Hər birimiz bir çiçək ! " adlı tədbir keçirmişdir. 5 a ,5 b və 5 c sinif şagirdləri öz hüquq və vəzifələri haqqında məlumat vermişlər.Tədbir uşaqların iştirakı ilə məzəli səhnəciklər və şən mahnılar ,şeirlərlə daha da yaddaqalan oldu. Məqsəd şagirdlərin maariflənməsi və aidiyyatlı qurumların bəzi hallarda uşaqların pozulmuş hüquqlarının müdafiəsinə təşviq etməkdir. Arzumuz budur ki, uşaqlar həmişə , hər yerdə xoşbəxt yaşasınlar !