Məktəb Kiçik Akademiyasında "Mən və mənim hüquqlarım" adlı "dəyirmi masa"
Bildiyimiz kimi, hər il olduğu kimi bu ildə də 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Məktəbimizin Kiçik Akademiyasının üzvləri "Mən və mənim hüquqlarım" adlı "dəyirmi masa" ətrafında toplaşaraq uşaq hüquqları, uşaqların ailədə qarşılaşdıqları zorakılıq, şiddət, erkən nikahlar, peşə, sənət, gələcək həyat yoldaşı və s.-də demokratik azad seçim haqqında fikir yürüdərək müzakirə aparıblar. Məktəb KA-nın prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim), psixoloq Samirə Əlişayeva, UBR Mənzər Abdullayeva çıxış edərək öz hüquq və vəzifələrini bilməyin , bunlara əməl etməyin , öz hüquqlarını tələb etməyi bacarmağın önəmli olduğunu vurğulayıblar.