Peşə təmayüllü sinif şagirdləri arasında intellektual oyun
Peşə təmayüllü sinif şagirdləri arasında "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş və eyni zamanda şagirdlərin intellektual səviyyələrinin zənginləşdirilməsi, onlarda komanda ilə işləmək bacarığının artırılması və intellektual oyunlara olan marağın daha da yüksəldilməsi məqsədilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Məntiq və dünyagörüşünə əsaslanmış intellektual oyun maraqlı və gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə görə I yerə - "Səfəvi" komandası, II yerə - "Şahinlər" komandası, III yerə- "Xəzər" komandası layiq görülüb.