Metodiki seminarlar davam edir

Metodiki seminarın növbəti sessiyaları Qaradağ, Xəzər, Pirallahı və Suraxanı rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Metodiki seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda TDM-in direktoru İ.Həsənov ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, müəllimlərin peşəkar inkişafı və digər müvafiq məsələlərə toxunub.

Digər sessiyalarda ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlimdə keyfiyyətin artırılmasının üsul və  formaları, müəllim-valideyn münasibətləri, tərbiyə işinin təşkili, məktəb saytlarının idarəolunması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, fəaliyyətdə səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 Qeyd edək ki, seminarların əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi