Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş sinif saatları keçirilib.
Məktəbimizin 9a (sinif rəhbəri: Kəmalə Əliyeva) və 5c (sinif rəhbəri: Əzizə Məmmədova) siniflərində növbəti sinif saatı Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunub. Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Vətən övladları bir dəqiqəlik sükutla yad edilib, şagirdlərin hazırladıqları divar qəzetləri nümayiş etdirilib, təqdimatlar dinlənilib. Ulu öndərimiz Heydər Əliyevin: "Müstəqilliyimiz dönməz və əbədidir!" fikri bir daha vurğulanıb.