Məktəbimizin direktoru təltif olunub.
Xəzər rayonunda 5 oktyabr – Beynəlxaq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xəzər rayonunun təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb.
Daha sonra Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbirdə çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin və "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban xanım Əliyevanın dəstək və qayğısı nəticəsində ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü xüsusi vurğulayıblar. Sonra təhsilin inkişafindakı xidmətlərinə görə bir qrup təhsil işçisinə, o cümlədən məktəbimizin direktoru Könül Məmmədliyə fəxri fərman və hədiyyələr təqdim olunub.
Əziz və hörmətli Könül müəllimi ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.