Tədris ilinin ilk dərsləri "Qarabağ Azərbaycandır!"mövzusuna həsr edilib
Bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, məktəbimizdə də yeni tədris ilinə start verilib. Bilik Gününə həsr olunmuş toplantıda Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Təhsil Nazirliyinin qərarına əsasən, 2022-2023-cü tədris ilinin ilk dərsləri "Qarabağ Azərbaycandır!" mövzusuna həsr edilib. Dərslərdə Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda qurban getmiş Azərbaycan övladlarının, o cümlədən son günlərdə erməni təxribatı nəticəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük şanlı Vətən müharibəsi, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında haqq savaşında qazandığımız böyük qələbə haqqında ətraflı məlumat verilib.