Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV əməkdaşları iştirak ediblər.
Konfransda məktəbimizin peşə təmayüllü sinfinin məzunu, Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Mərkəzinin tələbəsi Mehrac Quliyev də iştirak edib. O, peşə təmayüllü siniflər layihəsinin sayəsində qazandığı uğurlardan bəhs edib, yaşıdlarını düzgün peşə və ixtisas seçimi etməyə səsləyib.