"Təhsildə beynəlxalq uğur:Estoniya və Finlandiya təcrübə proqramı ll"səfəri

 

 

Avqustun 26-dan sentyabrın 1-dək "Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı-II" səfəri baş tutub.

Proqramda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva olmaq üzrə bir qrup azərbaycanlı təhsil işçisi ilə bərabər məktəbimizin direktoru Könül Məmmədli də iştirak edib. Təhsil səfəri çərçivəsində təhsil işçiləri Estoniya və Finlandiyanın tanınmış orta və ali təhsil müəssisələrini ziyarət edib, müxtəlif təlimlərdə iştirak ediblər.

Könül Məmmədli məktəbimizin peşə təmayüllü siniflərinin "Mebel quraşdırma ustası" qrupunun hazırladığı, üzərinə "Qarabağ Azərbaycandır!" şüarı yazılmış xarıbülbül suvenirini fəxrlə, qürur hissi ilə Estoniya Parlamentinin Təhsil və Mədəniyyət komissiyasının üzvü olan cənab Markoya, Estoniyanın İmtahan Komissiyasının üzvü olan Eva Toomeyə, layihə təşkilatçılarına təqdim edib. O, qeyd edib ki, digər ölkələrin təhsil sistemi, bu sahədəki uğur və nailiyyətlərini öyrənərkən öz təhsil sistemimizdəki uğurlu layihələrdən də bəhs etmək qürurvericidir.

Estoniyanın Karyera Təhsil Akademiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutan proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi