15 İyun-Milli Qurtuluş Günü münasibətilə yüngül atletika üzrə yarış keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə yüngül atletika üzrə yarış keçirilib.
İyunun 8-də Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəbimizdə Xəzər rayon məktəbliləri arasında yarış keçirilib.Yeniyetmələr arasında keçirilən yüngül atletika yarışının nəticələrinə əsasən 149 nömrəli tam orta məktəb l yer, 230 nömrəli tam orta məktəb ll yer, 92 nömrəli tam orta məktəb isə lll yerə layiq görülüb. Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və məktəbimizin direktoru Könül Məmmədli tərəfindən diplom və medallarla təltif ediliblər.