"Mənim hüquqlarım" adlı ədəbi-bədii musiqili kompozisiya
18 may-18 iyun "İnsan hüquqları aylığı" ilə əlaqədar məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 5b və 5d sinif şagirdləri ilə birlikdə "Mənim hüquqlarım" adlı ədəbi-bədii musiqili kompozisiya hazırlayıb. Şagirdlər öz hüquq və vəzifələri haqqında məlumat verib, şeirlər söyləyiblər. Vb sinif şagirdi Xudiyeva Asya skripkada ifa edib. Tədbir "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" mahnısı ilə başa çatıb.