"18 may-18 iyun İnsan hüquqları aylığı" ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
"18 may-18 iyun İnsan hüquqları aylığı" ilə əlaqədar məktəbimizin Kiçik Akademiyası tərəfindən 8-ci sinif şagirdləri ilə "Müstəqil Azərbaycanın tamhüquqlu vətəndaşıyam" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə KA prezidenti Kəmalə Əliyeva, təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyeva, həyat bilgisi müəllimi Pərvanə Piriyeva, tarix müəllimi Şəlalə Nəcəfova çıxış edərək insan hüquqları, o cümlədən uşaq hüquqları haqqında ətraflı məlumat veriblər, şagirdlərin mövzu ilə bağlı təqdimatları dinlənilib, sualları cavablandırılıb.