Müstəqillik Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman? " intellektual oyunu keçirilib

Mayın 20-də Xəzər rayon Gənclər və İdman İdarəsi və Xəzər Rayon Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə rayonun tam orta məktəblərinin gənc müəllimləri arasında 28 May- Müstəqillik Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Rayon üzrə 21 məktəbin iştirak etdiyi yarışda məktəbimizin "İstiqlal" komandası 3-cü yeri qazanıb. Komandanın üzvləri: coğrafiya müəllimi Şəhla Cəbiyeva, informatika müəllimi Nərmin Vəliyeva, ,ingilis dili müəllimi Dürdanə Abdullayeva, texnologiya müəllimi Ülkər Əsgərxanlı və komandanın kapitanı ibtidai sinif müəllimi Natavan Hüseynli diplom və kubokla mükafatlandırılıblar. 

Gənc müəllimlərimizi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi