Müəllimlərimiz Şuşaya səfər ediblər
Müəllimlərimiz Şuşaya səfər ediblər.
Mayın 5-dən 8-dək Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirilib.Mayın 8-də Heydər Əliyev Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə bir qrup təhsil işçisi Şuşaya səfər edərək bu festivalın qonağı olublar. Səfərdə məktəbimizin direktoru Könül Məmmədli, müəllimlər Ülkər Əsgərxanlı və Rəna Borayeva da iştirak ediblər. Festivalda təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilib. 25-dən çox fərqli formatlı pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayıb, tanınmış əsərlərdən parçalar səhnələşdirilib.
Səfər zamanı müəllimlər işğaldan azad edilmiş Şuşa şəhərində abadlıq-quruculuq işləri ilə tanış olub, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər.
#Şuşa #Shusha #heydərəliyevfondu #kulinariyafestivalı
#BŞTİ
#culinaryfestival #Azərbaycan #Azerbaijan