Ailə və məktəb vəhdətinin uşağın tərbiyyəsində rolu

05.11.2016-cı il tarixdə məktəbimizin akt zalında Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı və ibtidai sinif valideynlərinin iştirakı ilə “ Ailə və məktəb vəhdətinin uşağın tərbiyəsində rolu “ mövzusunda görüş keçirildi. Görüşdə : Uşaqların tərbiyəsində ailənin və məktəbin rolu Uşaqların gündəlik rejimi Biliklərin möhkəmləndirilməsində valideynin dəstəyi Ailə münaqişələrinin və ailədə zorakılığın uşaqlara təsiri Valideyn uşağa nümunədirkimi mövzular haqqında da ətraflı müzakirələrə yer verildi. Psixoloq Mətanət Abdullayeva, sosial işçi üzrə mütəxəsis Xatirə Quliyeva, sosial işçi Arzu Quliyeva və Arzu Məmmədova valideynlərə uşaqların cəmiyyətdə düzgün mövqe tutması, valideyn - övlad münasibətlərini təşkil etmək haqında ətraflı məlumat verdilər. Görüş maraqlı diskussiyalarla və maarifləndirici məlumatlarla yadda qaldı. Qonaqlara və görüşü təşkil edən ibtidai sinif müəllimi Cəlalə Məhərrəmovaya dərin təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi