18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə məktəbimizin Kiçik Akademiyasının incəsənət bölməsi təsviri incəsənət müəllimi Gülnar Binaktarinin təşkilatçılığı ilə “Bakının tarixi abidələri” adlı ədəbi-musiqili tədbir keçirib. Tədbirdə şagirdlər “Atəşgah”, “Qız qalası”, “Şirvanşahlar saray-kompleksi”, “İsmailiyyə”  və “Səadət sarayı” abidələri haqqında ətraflı məlumat verərək kiçik tamaşalar göstərib, milli rəqslər və Bakı haqqında mahnılar ifa ediblər. 

 Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli çıxış edərək məzmunlu və rəngarəng tədbirə görə Gülnar müəllimə və onun yetirmələrinə təşəkkürünü bildirib. Tədbirdə qonaq qismində iştirak edən məktəbin keçmiş direktoru Sima Mehdiyeva da çıxış edərək bu gözəl tədbirlə bağlı öz xoş təəssüratlarını bölüşüb.a

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi