Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz və Şuşa" mövzusunda elmi konfrans keçirilib .
Bu gün məktəbimizin Kiçik Akademiyası Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz və Şuşa" mövzusunda elmi konfrans keçirdi. Akt zalının səhnəsində KA-nın incəsənət bölməsinin üzvlərinin əl işlərindən ibarət kiçik sərgi ilə tanışlıqdan sonra konfransı giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açaraq bizi bu qədim şəhərə yenidən qovuşdurduqları üçün Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun hər bir şəxsinə minnətdarlıq hissini ifadə etdi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. KA prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva KA-nın humanitar bölməsi ilə yanaşı, texniki, təbiət və incəsənət bölmələrinin də bu konfransa səylə hazırlaşdıqlarını, bir-birindən maraqlı işlər təqdim etdiklərini qeyd etdi. Sonra KA üzvləri Azərbaycan, ingilis, rus və alman dillərində ( 11p sinif şagirdi Məlikov Həsən "Шуша - сердце Карабаха!" (rus dilində - müəllim:Əkbərova Gülbəniz), 10a sinif şagirdi Məmmədhənifəzadə Zeynəb "Shusha - the Cradle of Azerbaijani culture" (ingilis dilində -müəllim: Abdullayeva Dürdanə), 10p sinif şagirdi Şamiyeva Ləman "Şuşa sözünün etimologiyası" (müəllim: Əliyeva Kəmalə), 10a sinif şagirdi Həsənzadə Leyla "Şuşanın ədəbi məcıisləri" (müəllim: Məlikova Afət), 9b sinif şagirdi Abdullazadə Nicat "Şuşa- Qarabağın mərkəzi” (müəllim: Babayeva Zenfira), 9b sinif şagirdi Səfərova Nuray "Şuşanın ziyalı insanları" (müəllim:Quliyeva Şəmsiyyə), 9c sinif şagirdi Behbudova Zəhra " Şuşanın musiqi xadimləri" (müəllim: Əsədova Elnarə), 8a sinif şagirdi Atakişizadə Məryəm "Şuşanın etnik tərkibi və demoqrafik proseslər" (müəllim: Əliyeva Nüşabə), 8a sinif şagirdi Həsənzadə Dəniz "Schuscha" (alman dilində - müəllim: Nusalov Ələşrəf), 8ç sinif şagirdi Seyid Fatimə "The Heart of Garabagh - Shusha" (ingilis dilində - müəllim: Tağıyeva Gülüstan), 8ç sinif şagirdi Ağayeva Səma "Şuşaya böyük qayıdışa hazırlaşırıq" (müəllim: Nəcəfova Şəlalə), 6a sinif şagirdi Qasımova Əfruz "Şuşanın təbiəti" (müəllim : Piriyeva Pərvanə) mövzusunda) təqdimat etdilər. Sonra şagirdlərin rəsmlərindən və əl işlərindən ibarət videoçarx nümayiş etdirildi.