"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsi
"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir. Şagirdlərimiz məktəb kitabxanasından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyur, gündəlik hazırlayırlar. Bu işdə məktəb kitabxanaçıları və ədəbiyyat müəllimləri də onlara kömək olur, məsləhətlər verirlər.
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı vərdişlərinin inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılmasıdır.
#mənimgündəliyim