Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sinif saatı keçirildi .
8a sınfində (sinif rəhbəri: Kəmalə Əliyeva ) növbəti sinif saatı 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olundu. Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Məryəm Atakişizadə məruzə ilə çıxış edərək azərbaycanlıların qan yaddaşına çevrilmiş faciələr, soyqırımı haqqında ətraflı məlumat verdi. Şagirdlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Günü haqqında fərmanının gələcək nəsillər üçün tarixi əhəmiyyətindən danışdılar.