“Azərbaycanlıların soyqırımı insanlığa qarşı ən ağır cinayətdir” mövzusunda konfrans keçirilib.
31.03.2022 tarixində məktəbin Kiçik Akademiyası tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlıların soyqırımı insanlığa qarşı ən ağır cinayətdir” mövzusunda konfrans keçirilib. Konfrans soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Azərbaycan dili və ədəbiyyat müəllimləri : Kəmalə Əliyeva (əməkdar müəllim ) "Azərbaycanlıların soyqırımı - erməni vəhşilikləri", Məhbubə Kazımova "Azərbaycanlıların qan yaddaşı - 31 Mart soyqırımı", tarix müəllimləri: Şəlalə Nəcəfova "Xalqımızı soyqırımına aparan yol", Firəngiz Xəlilova "H.Əliyev və Azərbaycan faciələrinə siyasi qiymət verilməsi", Zenfira Babayeva "Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımılar", 11a sinif şagirdləri Fərid Ağayev "Bir əsrə sığmayan zülm" (müəllim: Əzizə Məmmədova), Dünya Cəfərli "Soyqırımının insan həyatına təsiri" (müəllim: Pərvanə Piriyeva ), 10p sinif şagirdi Əsli Mehdizadə "Soyqırımı rəsmlərdə" (müəllim: Gülnar Binaktari) mövzusunda məruzə edərək xalqımızın başına gəlmiş faciələr, soyqırımılar, onların səbəb və nəticələri, bu hadisələri əks etdirən rəsmi sənədlər, tarixi mənbələr, elmi və bədii ədəbiyyat, soyqırımının ədəbiyyat və incəsənətdə əks etdirilməsi haqqında ətraflı məlumat veriblər. Sonda məktəbin direktoru Könül Məmmədli çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Günü haqqında fərmanının gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəd olduğunu qeyd edib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də xalqımıza qarşı törədilmiş soyqırımların araşdırılmasını xüsusi diqqət mərkəzində saxladığını, Azərbaycana qarşı törədilən bu soyqırımına, bu cinayətə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.