Valideyn-məktəb münasibətlərini inkişaf etdirən "Təlimçi valideyn" layihəsi

Valideyn-məktəb münasibətlərini inkişaf etdirən "Təlimçi valideyn" layihəsi

 

Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə məktəbdə "Təlimçi valideyn" layihəsinə start verilib. Layihəyə əsasən müxtəlif peşələrdə çalışan valideynlər şagirdlərlə ixtisas və peşə seçimi mövzusunda söhbətlər aparacaq, öz ixtisasları barədə məlumat verəcəklər. Layihənin məqsədi övladları məktəbdə təhsil alan valideynlərin bir gün məktəbdə şagirdlərə dərs keçməsi, valideyn-məktəb münasibətlərinin inkişafı, eyni zamanda peşəyönümü xidmətinin təşkilidir. 

İlk təlimçi valideynimiz Leyla Mehdiyeva olub. 10-cu sinif şagirdi Əsli Mehdizadə və 6-cı sinif şagirdi Əli Mehdizadənin valideyni olan Leyla Mehdiyeva ASC Xalq bankında baş xəzinədar vəzifəsində çalışır. Martın 30-da məktəbin 10-cu və 11-ci sinif şagirdləri ilə keçirilən görüşdə məktəbin direktoru Könül Məmmədli şagirdlərə layihə barədə məlumat verib. Daha sonra Leyla Mehdiyeva şagirdlərlə ixtisas seçimi zamanı diqqət etməli olduqları məqamlar barədə söhbət edib, onlara tövsiyələr verib. O, bank işçisi peşəsinin xüsusiyyətlərindən danışıb, bankların yaradılması, bank işçisinin qarşısına qoyulan tələblər, saxta, yararsız əskinasların müəyyən olunması, Xalq Bankın layihəsi olan "Xalq Əmanəti" barədə şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi