Peşə təmayüllü siniflərin əl işlərindən ibarət sərgi-yarmarka

Peşə təmayüllü siniflərin əl işlərindən ibarət sərgi-yarmarka

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. 

Tədbirdə paytaxtdakı peşə təmayüllü siniflərin təşkili layihəsinin fəaliyyət göstərdiyi siniflərin təşkil olunduğu məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. 

 Sərgi-yarmarkada peşə təmayüllü 10p və 11p sinif şagirdlərimiz də fəal iştirak ediblər. "Aşpaz köməkçisi", "Mebel quraşdırma ustası", "İKT" və "Dərzi köməkçisi" qruplarının əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sərgi-yarmarkadan əldə olunan gəlir "Yaşat" fonduna köçürülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi